Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynadakı heyətinin sayını artırır.
Bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi “Twitter” hesabında məlumat verib.
“AEBA təşkilatı davam edən münaqişə kontekstində nüvə qəzasının qarşısını almaq üçün Ukraynadakı mövcudluğunu genişləndirir. Nüvə təhlükəsizliyinə yardım göstərmək üçün ölkənin bütün AES-lərində yerləşdirdiyimiz bu missiyaya rəhbərlik etməkdən qürur duyuram”.

