AEBA və “Rosatom”un direktorları İstanbulda görüşüb

1a68e5f4166919460397988535310651172.jpg

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Rosatom”un baş direktoru Aleksey Lixaçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AEBA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün İstanbulda baş tutan görüşdə Ukraynada Zaporojye AES-də təhlükəsizliklə bağlı əməliyyat aspektləri və təcili olaraq nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması üzrə məsləhətləşmələr aparılıb.