Ağcabədidə qadın bıçaqlandı – Əri saxlanıldı

1638084590 1638081939 1638080887 1626584258 4543cfd6 8ae6 4a23 9893 bb21b8576f26 850.jpg

Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.

Rayon prokurorluğundan verilən məlumata görə, fevralın 17-si saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.