Ağdamda Alpaqut üzrə I Açıq Qarabağ turniri keçirilib

743386697 1441521731340100 5799533986657632729 n 6a507bea5fd48

Ağdamda “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib

08 iyul 2026-cı il tarixində Ağdam Olimpiya İdman Kompleksində “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə I Açıq Qarabağ turniri keçirilib.

Turnirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Ağdam Rayon Gənclər və İdman Sektorunun müdiri Kənan Qədirov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Açılış mərasimində çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılar üçün yaradılan şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulamışdır. Daha sonra Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Ağdam Rayon Gənclər və İdman Sektorunun müdiri Kənan Qədirov və şəhid baş gizir Səyyaf Əhmədovun döyüş yoldaşları çıxış edərək şəhidimizin şərəfli döyüş yolundan, onun qəhrəmanlığından bəhs etmiş, gənclərə vətənpərvərlik ruhunun aşılanmasında belə yarışların əhəmiyyətini vurğulamışlar.

Yarış çərçivəsində Azərbaycan Alpaqut Federasiyası tərəfindən “Xanı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid baş gizir Səyyaf Əhmədovun ailəsinə xatirə hədiyyəsi təqdim olunmuşdur.

Yarışın sonunda qaliblər diplom, medal və kuboklarla mükafatlandırılmışdır.