Ağdamda Alpaqut üzrə turnir keçirilib

Img 20241113 Wa0108 2.jpg

Ağdam Olimpiya İdman Kompleksi Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Alpaqut döyüş sənəti üzrə “8 Noyabr – Zəfər Bayramı” həsr olunmuş Açıq Qarabağ Turniri keçirilmişdir.

Yarışda ümumilikdə 13 komandadan 171 idmançı öz gücünü sınayıb.

Yarışın açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev, Federasiyanın l vitse-prezidenti Mehman Səfərov, Ağdam rayon Gənclər və İdman sektorunun müdiri Anar Əsgərov, Vətən müharibəsinin qaziləri , şəhid ailələri iştirak etmişdir.

Yarışın keçirilməsində əsas məqsəd qarşıdan gələn ölkə çempionatına hazırlıq və idmançıların, hakimlərin peşəkarlıq səviyyəsini artırmaq olmuşdur.