Ağdamda traktor minaya düşdü

Scraped 1788755293 91ad3b24

Ağdamda traktor minaya düşüb.

Redaksiya “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.