Ağdaşda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

3d36c077165579939483043937910706300.jpeg

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Pirəzə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Ümumi çəkisi 1 ton 240 kiloqram olan 778 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.