Aİ-nin Ukraynaya 8 milyard verməyə pulu yoxdur

20200130 gaf u39 319 pic4 zoom 1500x1500 60971 1659368978.jpg

Ukraynaya 8 milyard avro məbləğində kredit ayırmaq üçün Avropa Komissiyasına (AK) əlavə maliyyə yastığı lazımdır. Hələlik bunun üçün Avropa İttifaqının büdcəsində pul yoxdur.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hazırda çoxillik büdcə planı çərçivəsində lazımi təhlükəsizlik yastığının yaradılması üçün vəsait yoxdur. Bildirilib ki, Avropa Komissiyası kreditlərin təmin edilməsi üçün alternativ variantlar kimi Aİ ölkələrinin zəmanətlərini nəzərdən keçirir.