Aİ Ukraynaya 9 milyard avro ayırır

8e489b49165397690364472983310181388.jpg

Avropa İttifaqı Ukraynaya 9 milyard avro dəyərində növbəti makro-maliyyə yardımını ayırmağa hazırdır.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşımında bildirib.

“Avropa Şurası G7 ilə birlikdə Ukraynaya təcili likvidlik ehtiyacları ilə bağlı yardımı davam etdirəcək. Avropa Şurası Ukraynaya 9 milyard avro ayrılmasına hazırdır. Bu, Ukraynanın bərpasına güclü və konkret dəstəkdir”, – deyə Ş. Mişel qeyd edib.