“Air Astana” Rusiyaya uçuşları ləğv etdi

Be16d5d716469732755314452371111470.jpg

Qazaxıstanın “Air Astana” aviaşirkəti də Rusiyaya uçuşları dayandırıb.

Şirkət bu barədə məlumat yayıb.

Qeyd edilib ki, buna Rusiyaya və bu ölkə üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması səbəb göstərilib.

Bileti olan sərnişinlərin pulu tam şəkildə geri ödəniləcək.

Qeyd edək ki, bunda öncə Türkiyənin “Pegasus” şirkəti də eyni addımı atıb.