Akar: Putin ilə Zelenskinin bir araya gəlməsini gözləyirik

9a118833162973310070188938910871699.jpg

“Regionda və dünyanda sülhə töhfə vermək üçün əlimizdən gələni etməyə davam edirik”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Ukraynada müharibənin dayandırılması üçün Türkiyənin adiyyatı qurumları və dövlət başçısı tərəfindən lazımi addımlar atılır.

“Ümid edir və arzu edirik ki, çox qısa müddətdə cənab Putin və cənab Zelenski prezidentimizin (R.T.Ərdoğanın – red.) vasitəçiliyi altında bir araya gəlsin. Bunun baş verə biləcəyini qiymətləndirir və gözləyirik”,- deyə nazir bildirib.