AKP sözçüsü Ermənistanı təxribatlara son qoymağa çağırıb

A05d8861161341388177156950410198265.jpg

Ermənistan təxribatlarına və hücumlarına son qoymalıdır.

Avtor.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

“Sülh hər kəsin xeyrinədir. Bu gün toqquşma üçün Ermənistanı təhrik edən qüvvələr ancaq öz mənfəətlərini düşünürlər”, – o bildirib.

Ö.Çelik həmçinin deyib ki, Ermənistan Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır.