Alış-verişlərinizlə ağac əkdirib, hədiyyə qazanmaq istəyirsinizmi?

Azərbaycanın ilk elektron alış-veriş platforması sayılan ebrend, yayımladığı elanda 01.04.2023 – 01.10.2023 tarixləri arasında “Yaşıl Sifariş” stimullaşdırıcı lotoreyasını təşkil etdiyini açıqladı. Bu unikal kampaniya, müştərilərə məhsullarını alarkən həm hədiyyələr qazanmaq, həm də çevrəni qorumaq imkanı yaradır.

“Müştərilər, hər 150₼-lıq alış-verişlərində bir kupon qazanırlar. Yəni məhsulun dəyəri məs., 300₼ isə, alıcı 2 kupon qazanır. Noyabr ayında hər sifariş nömrəsi üçün ağac əkiləcəkdir. Hər bir sifarişçiyə isə, hər bir ağac üçün rəsmi sertifikat təqdim olunacaqdır. O ağac(lar) Sizin və ya istəyə görə sevdiklərinizin adına ola bilər. Ağacəkmədə birbaşa iştirak edə bilərsiniz. Sifarişlər kredit və ya bank kartı ödənişləri, habelə daxili kredit şərtləri ilə sifarişlər üçün keçərlidir.

Lotoreyanın çəkilişi 15.11.2023 tarixində saat 15:00 AZT-da təşkil olunacaq. Bu, hər iştirakçı üçün həyəcan verici bir təcrübə olacaq.

Əlavə məlumat və dəstək üçün 0772500500 nömrəli telefon xəttindən və ya ebrend.app/elaqe veb səhifəsindən yararlana bilərsiniz. Əlavə suallarınız üçün avm@ebrend.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.” — deyə, ebrend-in bağlı olduğu AILEEN MMC-nin İctimaiətlə Əlaqələr üzrə şöbə müdürü Ülvi Ağaquliyev açıqlama verdi.

ebrend, alış-verişi stimullaşdırmaq və müştərilərinə əlavə dəyər yaratmaq məqsədi ilə bu kampaniyanı təşkil edir. “Yaşıl Sifariş” lotoreyasında hər birinizə uğurlar arzulayırıq və bu kampaniyada hər kəsin qalib olduğunu təmənni edirik.

Alış-veriş üçün: ebrend mobil tətbiqi