Alişan və Buse Varol qərar verdilər: Boşanırlar

310366dd164434451692386033910815840.jpg

Türkiyənin müğənni Alişan və aktrisa həyat yoldaşı Buse Varol boşanmaq qərarına gəlib.

Cütlük xəbərin yayılmaması üçün gizli məhkəmə proseslərinə başlayıb və vəkillərinə müraciət ediblər.

Bir müddətdir cütlüyün ayrıldığı iddia olunurdu. Bir neçə gün əvvəl Alişanın qızı Elizin doğum gününə qatılmaması, eləcə də, növbəti gün Busenin Elizin Alişanın anasının evində keçirilən ad gününə qatılmaması bu iddiaları daha da gücləndirmişdi.

Qeyd edək ki, 2018-ci ildə ailə quran Alişan və Buse Varolun iki övladı var.