Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq

7bea6e32 Df1e 31b0 Bbd0 5fcc78a8414b 850.jpg

Almaniya Qəzza zolağının əhalisinə daha 50 milyon avroluq humanitar yardım ayıracaq.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə görüşdən sonra “X” sosial şəbəkəsində bəyan edib.

O qeyd edib ki, yeni tranş nəzərə alınmaqla, 2023-cü ildən indiyədək Berlindən Qəzzalılara verilən dəstəyin həcmi 360 milyon avronu keçib.

“İordaniyadakı suriyalı qaçqınlara humanitar yardım da 12,7 milyon avro artırılacaq”, – A.Berbok vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, İordaniyaya humanitar yardım 2024-cü ildə 63 milyon avroya yüksələcək.

XİN-dən bildirilib ki, Almaniya “İordan dəhlizi” adlanan yol boyunca yük maşınları tərəfindən yardımın tədarükünü davam etdirmək üçün əlavə 5 milyon avro ayıracaq.