Azərbaycan Alpaqut Federasiyasının nümayəndələri Şəki Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədovla, Qocyu-Ryu Kontakt Karate idman növü üzrə 1-ci Dan “Qara kəmər” sahibi, bir sıra klub, şəhər və respublika birinciliklərinin qalibi Rövşən Həsənovla görüş keçirib.
Görüşdə Alpaqut Turan Döyüş sənəti haqqında geniş məlumat verilib.
Qeyd olunub ki, bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Keçirilən görüşdə cari ildə görüləcək idman yarışları haqqında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Rövşən Həsənova Regional İdman İdarəsinin Fəxri Fərmanı təqdim edilib.













