Bakı Şəhər Gənclər və İdman idarəsinin rəhbərliyi ilə Azərbaycan Milli İdman Növləri Asosiasiyasının (AMİNA) nəzdində fəaliyyət göstərən Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi görüşdü.
25 aprel 2024-cü il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, rəis müavini Elnarə Əliyeva, idman sektorunun baş məsləhətçisi(Alpaqut üzrə kurator) Cəlil Əlizadə, aparıcı məsləhətçi Şirzad Hacıyev ilə Alpaqut Turan Döyüş Sənətinin qurucusu (müəllifi) Kutsan Vasif Namazov, AAF-nın vitse-prezidenti Rafiq Qasımov, Bakı Regional Nümayəndəliyinin sədri Şahlar Vəliyev və mətbuat xidmətinin rəhbəri Zarina Hüseynova görüş keçiriblər.
Görüşdə Alpaqut döyüş sənəti AMİNA-nın nəzdində ən aktiv inkişafda olan bir idman növü olması ilə yanaşı, Asossiasiya rəhbərliyi tərəfindən daim dəstəklənməsi, ölkə ərazində aktiv inkişaf olunması, eləcədə beynəlxalq uğurları haqqında danışılaraq, Bakı və Bakı ətrafında fəaliyyət göstərən Alpaqut filiallarının inkişafı haqqında fikir mübadiləsi aparılıb.
Gələcəkdə Alpaqut döyüş sənəti üzrə Bakıda keçiriləcək yarışlar, ən yaxşı məşqçisi və İdmançıların uğurlarının işıqlandırılması və bütün tədbirlərdə əməkdaşlıq haqqında müzakirələr aparıldı.


