Ağ ayı iki nəfəri öldürdü

FotoJet 2023 01 18T123707.942.jpg

Alyaskanın qərbindəki Uels qəsəbəsində ağ ayının hücumu nəticəsində iki nəfər ölüb.

Bu barədə yerli telekanal məlumat yayıb.

Ayı kəndə daxil olub və bir neçə sakini təqib edib. Nəticədə bir yetkin qadına və bir yeniyetmə oğlana hücum edib.

Polisdən verilən məlumata görə, hər iki sakin aldığı xəsarətlərdən həyatını itirib.

Hüquq-mühafizə orqanları əməkdaşları ayının yerli sakinlər tərəfindən öldürüldüyünü bildiriblər.