AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi – Sərəncam

Ilham2.jpg

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.