Amerikalı konqresmenlər Kiyevə gediblər

D464b5ac165868827135425388910483024.jpg

Amerikalı konqresmenlər Kiyevə səfər edib.

Onlar Kiyevdə təkliflə çıxış edib.

ABŞ konqresmenləri belə qənaətə gəliblər ki, Vaşinqton silah tədarükünü əlaqələndirmək və izləmək üçün Ukraynaya hərbi və mülki müşavirlər göndərməlidir.

ABŞ Nümayəndələr Palatasının üzvləri Maykl Vals və Mika Şerrill bildirib ki, bu, ABŞ-ın silahın ünvana çatdığından əmin olması üçün yeganə yoldur.

Bundan əlavə, məsləhətçilərin digər sahələrdə də köməklik göstərə biləcəkləri vurğulanıb.

Konqresmenlər bildirib ki, nəzarət mexanizimində Amerika qoşunlarının Ukraynaya göndərilməsindən söhbət getmir.