Ankarada görüş olacaq

Cd9508fd161958750374147041210032422.jpg

Bu gün Ankarada Türkiyə və Böyük Britaniya arasında strateji dialoq çərçivəsində ilk görüş keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayvıb.

Qeyd edilib ki, görüş Türkiyə xarici işlər nazirinin müavini, Avropa İttifaqı ilə işlər üzrə direktor Faruk Kaymakçı və Böyük Britaniya xarici işlər nazirinin müavini Filip Bartonun sədrliyi ilə keçiriləcək: “Türkiyə və Böyük Britaniya arasında Strateji Dialoq çərçivəsindəki ilk görüş 10 fevral 2022-ci il tarixində Ankarada Türkiyə xarici işlər nazirinin müavini, Avropa İttifaqı ilə işlər üzrə direktor Faruk Kaymakçı və Böyük Britaniya xarici işlər nazirinin müavini Filip Bartonun sədrliyi ilə keçiriləcək. Görüşlərdə Böyük Britaniya ilə ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, həmçinin Türkiyə-Aİ münasibətləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.