“Aqata” nəticəsində 9 nəfər ölüb, 4 nəfər itkin düşüb

C4bf1e2416541462032413713941070100.jpg

“Aqata” qasırğası Meksikada 9 nəfərin həyatına son qoyub.

Daha əvvəl Meksikanın Oaxaka ştatının qubernatoru Alexandro Murat çərşənbə günü səhər ilkin məlumatları səsləndirərkən, təbii fəlakət nəticəsində 11 nəfərin öldüyünü, 33 nəfərin isə itkin düşdüyünü bildirmişdir.

Artıq Oaxaka ştatının ucqar əyalətləri ilə əlaqə bərpa edildikdən sonra itkin düşənlərin əksəriyyəti tapılıb. Buna baxmayaraq, dörd nəfər hələ də itkin düşmüş hesab olunur.

“Aqata” qasırğası Meksikanın cənub sahillərini bazar ertəsi çatdığı zaman Puerto Anxel şəhərciyində küləyin sürəti saatda 105 mil (saatda 169 km) çatıb. Siklon materikin dərinliyinə doğru hərəkət etdikcə onun gücü zəifləyib.