“Neftçi”nin Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki “Aris” (Kipr) növbəti transferini həyata keçirib.
Avtor.az klubun saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi “Hammarbü”də çıxış edən Leo Benqstonu heyətinə qatıb. 24 yaşlı isveçli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Aris” və “Neftçi” arasında ilk oyun bu gün Larnakada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.




