Atəşkəs müddəti uzadıldı

1682627918 65336157 605.jpg

Sudan Silahlı Qüvvələri atəşkəsi daha 72 saat uzatmağa razılıq verib.

Bu barədə ordunun “Facebook” səhifəsində məlumat yayılıb.

Qərar Səudiyyə Ərəbistanı və ABŞ-ın köməyi sayəsində qəbul edilib.

Atəşkəs müxtəlif ölkələrdən əcnəbilərin təxliyəsi prosesi üçün uyğun şəraitin yaradılması və Sudan vətəndaşlarına humanitar yardımın göstərilməsi məqsədi ilə uzadılıb.