Atletimiz Paris-2024-ə lisenziya qazandı

1692821415 4089c177 f714 3c86 b961 d4870766e926 850.jpg

Azərbaycan atleti Anna Skidan Macarıstanın paytaxtı Budapeştdə keçirilən atletika üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli komandanın üzvü çəkicatma üzrə təsnifat mərhələsində uğurlu çıxış etməklə hədəfin öhdəsindən gəlib.

Skidan 77.10 metr nəticə ilə final mərhələsinə yüksəlib.

Atlet, həmçinin Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyib.