Aviabombaların istehsalına 6,9 milyard dollar ayırdı

0e272a8b 625e 31e0 8d99 9e568c3db49c 850.jpg

ABŞ Müdafiə Nazirliyi “Boeing” şirkətinə kiçikkalibrli bombaların istehsalı üçün 6,9 milyard dollar ayırıb.

Bu barədə hərbi qurumun açıqlamasında deyilir.

Sənəddə qeyd olunub ki, vəsait Bolqarıstan, Ukrayna və Yaponiya üçün kiçikkalibrli aviabombaların istehsalına ayrılır. Müqavilə üzrə işlərin 31 dekabr 2035-ci il tarixinədək başa çatdırılması planlaşdırılır.