Avropa İttifaqı razılığı gələ bilmədi

Db9ad56c164580056939772133810958311.jpg

“Avropa İttifaqının (Aİ) energetika nazirləri Rusiyanın kəmərlə ixrac olunan təbii qazının qiymətinə limitin qoyulması ilə bağlı razılığa gəlməyiblər”.

Bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Onun sözlərinə görə, Avropa Komissiyasına mavi yanacağın bütün növlərinə, o cümlədən mayeləşdirilmiş təbii qaza (LNG) məhdudiyyətlərin tətbiqi imkanlarının öyrənilməsi tapşırılıb.