Avropa İttifaqından Ermənistanı ifşa edən AÇIQLAMA

1684325865 image 750x 6464bc4814cd8.jpg

Avropa İttifaqı Qərb ölkələrindən Ermənistana, oradan da Rusiyaya ticarət axınında şübhəli artım müşahidə edir.

Bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni bildirib.

Onun fikrincə, Avropa İttifaqı ölkələrinin gömrük sistemlərindəki boşluqlardan istifadə edərək, sanksiyalardan yayınmağa cəhd edirlər.

“Sanksiyalardan yayınmağın müəyyən yolları var. Bunu gömrük sistemlərindəki boşluqlar vasitəsilə həyata keçirməyə çalışırlar. Ticarət yolu ilə sanksiyalardan yayınmağın variantları mövcuddur. Avropa ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana gələn malların Rusiyaya ixrac edilməsində artım qeydə alınıb”, – Avrokomissar vurğulayıb.