Avropa İttifaqının öz nefti yoxdur, təbii qazı da azdır və buna görə də, o, bərpa olunan enerjini inkişaf etdirməlidir.
Bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans Avropa Parlamentində deyib.
Onun sözlərinə görə, Aİ enerji transformasiyasını (ənənəvi enerji mənbələrində tədricə imtina edilməsini nəzərdə tutur – red.) sürətləndirməlidir.
“Bizim öz neftimiz yoxdur, öz qazımız çox azdır. Əlbəttə ki, artıq çox uzun müddət kömürə arxalana bilmərik. Öz enerjimizə sahib olmaq üçün yeganə həll yolu bərpa olunan enerjiyə sahib olmaqdır”, – F. Timmermans qeyd edib.

