Avropa Kuboku: Cüdo millimiz birinci yeri tutub

A8ef1979165082776744256351511085731.jpg

Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda ümumi hesabda çempion olub.

25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan yığma 4 qızıl və 1 bürünc medal qazanıb.

Bununla da Azərbaycan medal əyarına görə, komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, millinin heyətində İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıb.