Avropa Kubokuna qatılacaq cüdoçular bəlli oldu

1650566604 54449740 0583 30df aa40 85d9173c80dc 850.jpg

Azərbaycanın millisinin cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokuna qatılacaqlar.

Turnirdə dünyanın 25 ölkəsindən 243 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı turnirdə Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 23-24 apreldə təşkil olunacaq. /Report.az/