Avropa Liqası: “Arsenal” PSV ilə qarşılaşacaq

6d6d7423aa53b8c461963f22d1aba6e5 83176 62.jpg

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçiriləcək.

İngiltərə “Arsenal”ı Londonda Niderlandın PSV komandasını qəbul edəcək. A qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Topçular” 3 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. 7 xalı olan Eyndhoven isə 2-ci pillədə qərarlaşıb. Britaniya təmsilçisi bu görüşdə xal itirməyəcəyi halda, pley-off-a vəsiqəni təmin edəcək.

Qeyd edək ki, A qrupunda Norveçin “Budö Qlimt” və İsveçrənin “Sürix” klubları da mübarizə aparır.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II turdan təxirə salınmış oyun

20 oktyabr

21:00. “Arsenal” (İngiltərə) – PSV (Niderland)

Xal durumu: “Arsenal” – 9 (3 oyuna), PSV – 7 xal (3 oyuna), “Budö Qlimt” – 4, “Sürix” – 0.