Avropa peyk operatoru Rusiya telekanallarının yayımını dayandıracaq

317946738 1145127652799695 6545190423562523855 n.jpg

Avropa operatoru “Eutelsat” özünün peykləri vasitəsilə Rusiyanın “Birinci Kanal”, həmçinin “Rossiya-1” və NTV telekanallarının yayımını dayandırmaq qərarına gəlib.

Şirkət bu qərarı Fransa media tənzimləyicisi “Arcom”un tələbi ilə qəbul edib.

“Eutelsat, “Arcom”un bu gün günortadan sonra qəbul etdiyi yeni qərarla razılaşır. “Eutelsat” təsdiq edir ki, “Arcom”un qərarlarının sistematik şəkildə həyata keçirilməsi siyasətinə uyğun olaraq, sanksiyaya məruz qalmış üç telekanalın yayımını vaxtında dayandıracaq”, – peyk operatorunun çərşənbə günü verdiyi açıqlamada deyilir.

Mənbə: TASS