Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1430 ABŞ dollarını ötüb.
23 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 430,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 274,2 dollar) ilə müqayisədə 12,3% çoxdur.

