Avstraliya Rusiyanın bu şirkətlərinə sanksiya tətbiq edib – SİYAHI

30f48cd3164990929721175455510781915.jpg

Avstraliya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkətinə sanksiya tətbiq edəcək.

Bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bildirib.

“Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən 14 Rusiyanın dövlət müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib”, – deyə qeyd olunub.

Sanksiya siyahısına “KAMAZ”, “Qazprom”, “Qazprom Neft”, “Transneft”, “Rostelekom”, “Rusqidro”, “Sevmaş” və “Birləşmiş Gəmiqayırma Korporasiyası”, “Roselektronika” holdinqi, Rusiya Dəmir Yolları, “Novorossiysk Dəniz Ticarət Limanı”, “ALROSA”, “Sogaz” və “Sovkomflot” şirkətləri daxil olub.