Avstraliyanın yeni hökumətində 13 qadın təmsil olunur

B17c0907165414639721112562910314373.jpg

Avstraliyanın çərşənbə günü and içmiş yeni hökumətində rekord sayda – 13 qadın, o cümlədən yerli xalqların işləri üzrə naziri təyin edilən ilk müsəlman və aborigen qadın var.

Bu barədə “Associated Press”ə (AP) məlumat yayıb.

Mərasim yeni Baş nazir Entoni Albanezenin sol mərkəzçi Leyborist Partiyasının seçkilərdə qələbə qazanmasından 11 gün sonra keçirilib.

Albanese tviter hesabında “Avstraliyanın özü kimi müxtəlifliyi əhatə edən bir hökumətə rəhbərlik etməkdən qürur duyuram”, – yazıb.

Gənclər naziri Ann Əli Avstraliya hökumətində ilk müsəlman qadın, sənaye və elm naziri Ed Husik isə Nazirlər Kabinetinin ilk müsəlman nazir olub.

Linda Burney yerli xalqların işləri naziri vəzifəsini icra edən ilk qadın və ikinci yerli şəxs olub.