Avtobus qəzası: 20 nəfər öldü, 68 nəfər yaralandı

1676362594 00620899 b20a67fa94ce0852c4e8d86a5862aab6 arc614x376 w1200.jpg

ənubi Afrika Respublikasının (CAR) şimalındakı Limpopo əyalətində əsas yolda bir tur avtobusu ilə nağd pul daşıyan mikroavtobus toqquşub.

Nəticədə 20 nəfər ölüb, 68 nəfər yaralanıb.

Qəzadan sonra avtobus körpüdən çaya yuvarlanıb. 3 nəfərin yol kənarında, 16 nəfərin isə çayın qırağında meyit tapılıb. Müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırıldığı təsdiqlənən 69 sərnişindən biri sonradan dünyasını dəyişib.

Polisin qəza ilə bağlı vəziyyəti araşdırdığı və hadisənin baş verdiyi əraziyə güclü yağış yağdığı bildirilib.