Avtobus yük maşını ilə toqquşub, 9 nəfər xəsarət alıb

3335881e167350553462336760311064478.jpg

Rusiyada avtobus yük maşını ilə toqquşub, 9 nəfər xəsarət alıb.

Avtor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-n Volqoqrad vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Qeyd olunub ki, Moskva – Mahaçqala marşrutu üzrə hərəkət edən müntəzəm avtobus Volqoqrad vilayətinin Mixaylovski rayonunda magistral yolda yük maşını ilə toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla, 9 nəfər xəsarət alıb.

Həmçinin əlavə olunub ki, xəsarət alanlar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıb.