Azərbaycan Avtomobil Federasiyası (AAF), Nazar Holdings və “Avtolux Azerbaijan”ın təşkilatçılığı ilə Bakı-Lənkəran marşrutu üzrə Defender markalı yolsuzluq avtomobillərinin yürüşü keçirilib.
Heydər Əliyev Mərkəzindən başlayan yürüş Lənkəran rayonunda başa çatıb. Yürüş sonrası tədbir iştirakçılarına əyləncə proqramı təşkil edilib, təşkilatçılar adından sertifikat və hədiyyələr təqdim olunub.
Yürüş çərçivəsində Lənkəran rayonu üzrə şəhid ailələrinə sovqat və hədiyyələr də təqdim olunub.




