AYİB Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Cab070d5166434591253411271110343926.jpg

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) bu il 4,5 % artacağını proqnozlaşdırır.

Avtor.az bu barədə AYİB-in “Regional İqtisadi Perspektivlər” hesabatının sentyabr sayına istinadən xəbər verir.

Bank 2023-cü ildə isə Azərbaycan iqtisadiyyatının 2,5 % artacağını proqnozlaşdırıb.

AYİB ümumilikdə Şərqi Asiya və Qafqaz regionunu iqtisadiyyatının 2022-ci ildə 17,8 % azalacağını, 2023-cü ildə isə 6,2 % artacağını gözləyir.