Ayın 28-də daha çox səs qazanıb qalib gələcəyik – Ərdoğan

1684179037 168417382011714808 1200x630.jpg

AKP sədri Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmindir.

Bu barədə o, özünün tviter səhifəsində yazıb.

“Biz mayın 14-nə nisbətən ayın 28-də daha çox səs qazanacağıq və qalib gələcəyik. İnşallah, tarixi bir uğura imza atacağıq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turunun mayın 28-də keçirilməsi qərara alınıb.

Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.