AZAL-dan “GATE20” promokodu ilə aviabiletlərə endirim!

1722494943 17224939735385118 1200x630.jpg

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir.

Sərnişinlər promokoddan istifadə edərək biletləri 20 faiz endirimlə ala bilərlər. Endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir və yalnız böyük sərnişinlər (ADULT) üçün keçərlidir. Promokod təkcə ekonom sinif aviabiletlərinə şamildir.

Təklif avqust ayının 1-dən 8-nə kimi alınan təyyarə biletlərinə tətbiq olunur və aviaşirkətin 2024-cü il 20 sentyabr-31 oktyabr tarixlərində yerinə yetirəcəyi reyslərini əhatə edir.

Aviabiletləri güzəştlə əldə etmək üçün bron zamanı AZAL-ın mobil tətbiqinə daxil olmaq və promokod hissəsində “GATE20” açar sözünü qeyd etmək lazımdır. Bundan sonra sistem biletlərin endirimli qiymətini göstərəcək.

AZAL-ın mobil tətbiqini linkə keçid alaraq yükləmək olar: https://bit.ly/azal-app

Aviaşirkət hər kəsi bu fürsətdən faydalanmağa və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etməyə dəvət edir!