Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

1678777399 dsc 2364 esas 1627994477.jpg

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulması müzakirə edilib.

Komitənin iclasında “Müstəqil Dövlətlər Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirədə qeyd olunub ki, Sazişin yerinə yetirilməsi ilə əlaqədar Dövlətlərarası Şura yaradılacaq. Bu Şura da MDB-nin sahə əməkdaşlıq orqanına çevriləcək.