Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə Bədən tərbiyəsi və İdman günü ilə əlaqədar tədbir keçirildi.
Tədbir Bakı- İstanbul liseyinin akt zalında təşkil olunmuşdu.
Tədbirdə bir çox idman federasiyası və təşkilatları iştirak etdi.
Tədbirdə Azərbaycan milli məclisinin idman Komitəsinin üzvləri, Milllət vəkillləri Jalə Əhmədova, Könül Nurullayeva, ADFA presidenti Azər Həsənsoy, ADFA 1-ci vitse-prezidenti Fərid Əlizadə və ADFA baş katibi Vasif Namazov mövcud vəziyyətə uyğun problemlərin həlli istiqamətində çıxış etdilər.
Görüş zamanı bir neçə idman federasiyası və təşkilat rəhbərlərinin təklifləri dinlənildi və müzakirələr aparıldı.




