Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətdə mühüm işlər görür

Cop29as.jpg

Bu gün ölkəmiz ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir. Cənab Prezident dərin məzmunlu nitqində Azərbaycanın Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə olaraq, müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala biləcəyini, bunun üçün ölkəmizin böyük potensialının olduğunu bəyan etmişdir. Ölkə başçısı çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı 30 illik işğalına diqqət çəkərək, yaradılmış güclü iqtisadiyyat nəticəsində ölkəmizin bu sınaqdan üzüağ çıxdığını dövlət suverenliyimizin təmin edildiyinə diqqət çəkmişdir. Cənab İlham Əliyev nitində eyni zamanda qərbin ikili standartlar, siyasi riyakarlıq metodunu tənqid etmişdir; “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər.

Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, Bəli, bütün bunlar bir daha onu nümayiş etdirir ki, ərazi və əhali baxımından kiçik olmasına, müstəqillik baxımından gənc olmasına baxmayaraq, Azərbaycan bu gün dünyada sayılıb-seçilən ölkələr cərgəsindədir. Bütün dünyanı on gün ərzində paytaxt Bakıya yığmaq, onları ən yüksək səviyyədə qonaqlamaq, dünyanı narahat edən məsələnin həlli istiqamətində təkliflər və həll yolları təklif etmək sadəcə qürurvericidir!. Uğurların davamlı olsun can Azərbaycan!.

Əli Əzizov;
Neftçala rayonu, Şəhid atası