Azərbaycan Ukraynaya minatəmizləmə maşınları verəcək

D8499bd5 a679 3808 a915 4a90c17ae7f6 850.jpg

Azərbaycan Ukraynaya minatəmizləmə maşınları verəcək.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, tərəflər həmçinin minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaqlar.

Məlumata görə, Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minatəmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib. Qeyd olunub ki, rəsmi Bakı Kiyevə bütün lazımi dəstəyi göstərməyə hazırdır.