Azərbaycan və Ermənistan xarici işlər nazirləri Maltada görüşəcəklər?

Wrq6ibir1v6zwe6wss8szr8onterakizqjq2w0cl 1200.webp

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüşü planlaşdırılmayıb”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası bu il dekabrın 5-6-da Maltada keçirilir.

Dekabrın 4-də Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov iclasda iştirak etmək üçün Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.