Azərbaycan xalqı Ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşib

Ilhameliyev55.jpg

2020-ci ildə dünyanın əsas diqqət mərkəzinə çevrilmiş Azərbaycan özünün hərbi gücünü, siyasi qüdrətini bütün dünyaya sübut etdi. 44 günlük Vətən Müharibəsində şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti sayəsində tarixi, hüquqi torpaqlarımızın 28 illik işğalına son qoyuldu. Döyüş meydanında alçaldıcı məğlubiyyətə düçar olan düşmən ağ bayraq qaldırmağa məcbur oldu. Bəli, qüdrətli Azərbaycanın həqiqi siması budur. Bu gün dünya azrəbaycanlıları Qalib dövlətin vətəndaşı olaraq, qürurla yaşayır.

Artıq dördüncü ildir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixində böyük ruh yüksəkliyi, qürur hissi ilə keçirilir. Bu gün Azərbaycanın qüdrəti, qüvvəti bir çox ölkələrə bəllidir. Ölkəmizin bugünkü yüksəlişi dostlarını sevindirdiyi qədər, düşmənləri məyus edir.

Məlumdur ki, bu gün dünyada ikili standartlar amili hökm sürür. Bu mənada dünyada yaşayan azərbaycanlılar Vətən müharibəsində olduğu kimi bundan sonra da ali məqsədlər naminə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğunun ətrafında sıx birləşməli, düşmənə, onun havadarlarına imkan verməməlidir ki, içimizə zərrə qədər şübhə toxumu səpə bilsin. Bu gün artıq Azərbaycan xalqında heç bir şübhə yoxdur ki, hər gələn yeni il Ölkəmizə uğur, inkişaf, tərəqqi gətirir. Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir: “Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq.

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər əmin idi ki, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Azərbaycanı daha işıqlı sabahlara çıxaracaq. Bəli, nəticə göz qabağındadır. Azərbaycan xalqı bundan sonra da Ölkə başçısının ətrafında sıx birləşəcək, yeni hədəf və nailiyyətlərə doğru irəliləyəcəkdir.

Ataş Əsədov;
Neftçala rayonu