Azərbaycan XİN: Mərakeşlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik

055e31fa164735637042681864910102264.jpg

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Mərakeş Krallığı ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tviterdə paylaşım edib.

Paylaşımda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.

“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Mərakeş Krallığının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan-Mərakeş əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”, – XİN-in paylaşımında vurğulanıb.