Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi – SƏRƏNCAM

6cfa4b76 74f1 39d8 A593 3838e9591392 850.jpg

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.